Kürdəmir məktəbində “Narkomaniyaya yox deyək” mövsuzunda tədbir keçirildi – FOTO 

Kürdəmir məktəbində “Narkomaniyaya yox deyək” mövsuzunda tədbir keçirildi – FOTO 

Hazırda oxunan: Kürdəmir məktəbində “Narkomaniyaya yox deyək” mövsuzunda tədbir keçirildi – FOTO 

110182

Kürdəmirdə “Narkomaniyaya yox deyək” mövsuzunda tədbir keçirilib.

Bizim.Media xəbər verir ki, tədbir Kürdəmir RPŞ-nin və Kürdəmir rayon təhsil şöbəsinin birgə təşkilatçılığı və təşəbbüsü ilə təşkil olunub.

Şəhid Rüstəm Quliyev adına şəhər 5 saylı tam orta  məktəbdə keçirilən tədbirdə Mərkəzi Aran Regional Təhsil İdarəsinin Kürdəmir rayon təhsil sektorunun, Kürdəmir RPŞ-nin rəhbərliyi və məktəb kollektivi iştirak edib.
Kürdəmir RPŞ-nin rəisi, polis palkovniki Arzu Rzayev çıxış edərək gənclərin və yeniyetmələrin narkomaniyanın törədə biləcəyi vərdişlərdən danışıb. Bundan başqa Arzu Rzayev şagirdlərə bu işin qarşısını almaq üçün nə etmək lazım olduğunu diqqətə çatdıraraq, onlarla marifləndirici söhbətlər aparıb.

Maarifləndirmə məqsədilə təşkil olunan tədbirdə  RPŞ-nin rəisi şagirləri maraqlandıran sulları cavablandırıb.

Sonda isə məktəbin müəllim kollektivi tədbirin təşkilinə görə RPŞ-nin rəisinə və kollektivinə məktəb adından  təşəkkür edərək bidiriblər ki, cəmiyyətin düzgün formalaşması üçün belə tədbirlərin keçrilməsi ən vacib amillərdən biridir.
Bu kimi tədbirlərin bundan sonra da rayonun bütün ümumtəhsil məktəblərində mütəmadi olaraq keçrilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin göstərişinə əsasən, uşaq hüquq və azadlıqlarının təmini üzrə görülən işlərin səmərəliliyinin artırılmasının gücləndirilməsi, yetkinlik yaşına çatmayanlar ətrafında aparılan profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə Kürdəmir RPŞ-nin narkotiklərlə mübarizə qrupu cari ildə rayon ümumtəhsil orta məktəblərində “Narkomaniya ümumbəşəri bəladır” və “Narkomaniyaya yox deyək” mövzusunda bir sıra tədbirlər həyata keçirib.

Hal-hazırda rayon ərazisində ümumtəhsil məktəblərində bu kimi tədbirlər davam etdirilir.

Aqil Əsədov, Bizim.Media









© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO