Rusiya Sülhməramlı Qüvvələrinə məxsus humanitar maşın karvanı Laçın istiqamətindən Xankəndi istiqamətinə doğru hərəkət edib.
Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, bu, gün ərzində ikinci keçiddir.
Belə ki, birinci keçid gündüz saatlarında Xankəndi istiqamətindən Laçına doğru hərəkət edib.
Qeyd edək ki, keçiddən keçən altı yük, üç minik maşını günün birinci yarısı əks istiqamətə gedən maşın karvanı olub.
Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu
![](http://ssl.bizim.media/file/articles/2022/12/16/1671200332_photo_2022-12-16_18-14-28.jpg)
![](http://ssl.bizim.media/file/articles/2022/12/16/1671200371_photo_2022-12-16_18-14-24.jpg)
![](http://ssl.bizim.media/file/articles/2022/12/16/1671200352_photo_2022-12-16_18-14-22.jpg)