Goranboyda mağazaların qənimləri SAXLANILIB

Goranboyda mağazaların qənimləri SAXLANILIB

Hazırda oxunan: Goranboyda mağazaların qənimləri SAXLANILIB

109915

Goranboyda mağazalardan oğurluq edən şəxslər saxlanılıb. 

Bu barədə Bizim.Media-nın yerli bürosuna DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov verib. 

Onun szölərinə görə, rayon ərazisində olan mağazaların birindən 80 manat pul, 366 manat dəyərində danışıq kartları və alışqanlar oğurlanıb.

Goranboy rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Yevlax rayon sakinləri - R.Bəkirov və M.Bukavadze saxlanılıblar.
Qeyd edək ki, R.Bəkirov digər mağazadanda pul və 923 manat dəyərində tütün məmulatı oğurlamaqda şübhəli bilinir. Hər iki fakt barəsində cinayət işi açılıb, araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO