Rusiyanın ən zəngin adamı və onun holdinqi ABŞ sanksiyalarına məruz qaldı

Rusiyanın ən zəngin adamı və onun holdinqi ABŞ sanksiyalarına məruz qaldı

Hazırda oxunan: Rusiyanın ən zəngin adamı və onun holdinqi ABŞ sanksiyalarına məruz qaldı

109857

ABŞ rusiyalı milyarder Vladimir Potaninə qarşı sanksiyalar tətbiq edib. 

Bizim.Media Rusiya mətbuatına istinadən xəbər verir ki, Potaninin nəzarətində olan “İnterros” investisiya holdinqi, bu ilin əvvəllərində “Société Générale SA”dan aldığı “Rosbank” da məhdudiyyətlərə məruz qalıb. 

Milyarderin “İnterros” holdinqinin səhmlərinə sahib olduğu “Tinkoff” və “Norilsk Nikel” isə ABŞ sanksiyalarına məruz qalmayıb. 

Sanksiyalar siyahısına həmçinin, baş nazirin müavinləri Andrey Belousov və Dmitri Çernışenko, ilhaq edilmiş Xerson vilayətinin hökumət başçısı Andrey Alekseenko və Rusiyanın 29 qubernatorunun da adları daxil edilib. 
 
Qeyd edək ki, Vladimir Potanin, dünyanın ən böyük palladium və təmizlənmiş nikel istehsalçılarından biri olan PJSC MMC Norilsk Nikel-in səhmdarıdır. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO