Mərakeşlilər və fransızlar arasında qarşıdurma - 14 yaşlı yeniyetmə öldü - FOTO

Mərakeşlilər və fransızlar arasında qarşıdurma - 14 yaşlı yeniyetmə öldü - FOTO

Hazırda oxunan: Mərakeşlilər və fransızlar arasında qarşıdurma - 14 yaşlı yeniyetmə öldü - FOTO

109711

DÇ-2022-nin yarımfinalında keçirilən Mərakeş - Fransa matçından (0:2) sonra azarkeşlər arasında qarşıdurma yaşanıb.

Bizim.Media xəbər verir ki, iğtişaşlar Fransanın Monpelye şəhərində qeydə alınıb. Yerli vətəndaşlar “Rədd olun!” şüarları ilə mərakeşli azarkeşləri küçələrdən qovmağa çalışıblar.

Bildirilir ki, münaqişə nəticəsində 14 yaşlı yeniyetmə dünyasını dəyişib. Naməlum şəxslər fransalı azarkeşlərin olduğu avtomobilə yaxınlaşaraq pəncərədən bayıra yapışan milli komandanın bayrağını qoparmağa başlayıblar.
Sürücü qəfildən hərəkətə keçərək 14 yaşlı uşağı vurub. Azyaşlı aldığı xəsarətlərdən klinikada dünyasını dəyişib.

Xatırladaq ki, Fansa DÇ-2022-nin finalında Argentina ilə qarşılaşacaq.

Bizim.Media



Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO