Ərdoğan: “Dostluq” yatağı üzrə Azərbaycan və Türkmənistanla işbirliyinə hazırıq” - VİDEO 

Ərdoğan: “Dostluq” yatağı üzrə Azərbaycan və Türkmənistanla işbirliyinə hazırıq” - VİDEO 

Hazırda oxunan: Ərdoğan: “Dostluq” yatağı üzrə Azərbaycan və Türkmənistanla işbirliyinə hazırıq” - VİDEO 

109564

“Xəzər dənizindəki “Dostluq” yatağı üzrə türkmən və azərbaycanlı qardaşlarımızla işbirliyinə hazırıq”. 

Bizim.Media xəbər veri ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dekabrın 14-də Türkmənbaşı şəhərində Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin geniş tərkibdə görüşündə çıxışı zamanı deyib. 

Ərdoğan Cənub Qaz Dəhlizinin Avropa üçün əhəmiyyətinə də toxunub: 

“Başda Avropa olmaqla bütün dünya üçün enerji təhlükəsizliyi və mənbələrin şaxələndirilməsinin önəmi yenidən anlaşıldı. Əsasən Türkiyə olaraq biz bu istiqamətdəki addımları uzun müddət idi ki, atmaqda idik. Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə Cənub Qaz Dəhlizi bu baxımdan önə çıxmaqdadır. Trans-Anadolu Qaz Boru Kəmərinin (TANAP) onurğa sütununu təşkil etdiyi bu dəhlizlə Xəzər qazını Avropaya daşıyırıq”. 

Türkiyə Prezidenti vurğulayıb ki, Türkmənistanın təbii qazının da Qərb bazarlarına eyni şəkildə nəqlinə yönəlmiş işlərə də başlamamız lazımdır. 

Xatırladaq ki, Azərbaycanın “Kəpəz”, Türkmənistanın isə “Sərdar” adlandırdığı və zəngin neft-qaz ehtiyatlarının olduğu yataq iki ölkənin dəniz sərhədində yerləşir. Yataq SSRİ dövründə Azərbaycan neftçiləri tərəfindən 4 kilometr dərinliyindəki layda kəşf olunub və 1989-cu ildə orada ilk kəşfiyyat quyusu qazılıb.

SSRİ dövründə bu yataq Azərbaycanla Türkmənistanın dənizdəki sərhəddinin tən ortasında yerləşdiyi üçün “Promejutoçnoe”, yəni “Aralıq” adlanırılıb. “Dostluq” yatağı Azərbaycan neftçiləri tərəfindən kəşf olunsa da, Azərbaycanla Türkmənistanın dənizdəki sərhədində yerləşdiyinə görə, uzun illər onun işlənməsi mümkün olmayıb və məsələ ilə bağlı ardıcıl danışıqlar aparılıb. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO