İranda yeni kəşfiyyat orqanı yaradıldı

İranda yeni kəşfiyyat orqanı yaradıldı

Hazırda oxunan: İranda yeni kəşfiyyat orqanı yaradıldı

109555

İranın ali dini lideri Seyid Əli Xamenei daha bir böyük kəşfiyyat qurumunun təsis edilməsinə dair göstəriş verib. 

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “Azad İran” Telegram kanalı yayıb.

Mənbə yazır ki, bu yaxınlarda elan edilmiş İranın polis komandanlığının struktur planına əsasən,  polisin Kəşfiyyat və İctimai Təhlükəsizlik İdarəsi iki ayrı quruma - Kəşfiyyat Təşkilatına və İctimai Təhlükəsizlik Polisinə çevrilir.

Bundan sonra “Polis Kəşfiyyat Təşkilatı” adlanacaq qurumun yaradılması ilə İslam Respublikasının rəsmi kəşfiyyat orqanlarının sayı 17-yə çatır.

Yeni dəyişikliklərə əsasən, polis qüvvələrinin kəşfiyyat və təhlükəsizlik xidməti bir-birindən ayrılacaq və Polis Kəşfiyyat Təşkilatı ETTELAAT Nazirliyi və SEPAH-ın Kəşfiyyat Təşkilatı ilə yanaşı İslam Respublikasının üçüncü ən böyük kəşfiyyat qurumuna çevriləcək.

Qeyd edək ki, 12 il öncə SEPAH-ın kəşfiyyat bölməsinin SEPAH-ın Kəşfiyyat Təşkilatına yüksəldilməsi ilə İranın kəşfiyyat orqanlarının sayında da oxşar artım baş vermişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO