Almaniya Rusiyada baş verən son hadisələrlə əlaqədar bu ölkəyə qarşı sanksiyaları genişləndirmək hüququnu özündə saxlayır.
Bizim.Media "Ria Novosti"yə istinadla xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel bildirib.
MÖVZU İLƏ BAĞLI:
Merkel: “Önümüzdəki həftələr Almaniya üçün çətin olacaq”
Bununla yanaşı, kansler, Almaniya və Rusiya arasında fikir ayrılığına baxmayaraq strateji əməkdaşlığın zəruri olduğunu vurğulayıb.
Merkel Moskvanın Avropa diplomatlarını qovmaq qərarını isə əsassız adlandırıb.
Qeyd edək ki, Rusiya ölkədə keçirilən icazəsiz aksiyalarda iştirak edən İsveç, Polşa və Almaniya diplomatlarını deportasiya edib.
Bizim.Media