Metyu Brayza: “Azərbaycanlılar öz ölkələrinin istənilən bölgəsinə sərbəst səfər etməlidirlər”

Metyu Brayza: “Azərbaycanlılar öz ölkələrinin istənilən bölgəsinə sərbəst səfər etməlidirlər”

Hazırda oxunan: Metyu Brayza: “Azərbaycanlılar öz ölkələrinin istənilən bölgəsinə sərbəst səfər etməlidirlər”

109497

Xəbər verdiyimiz kimi, artıq 3-cü gündür ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə aksiyası keçirir.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza bu mövzuya münasibət bildirib.

Bizim.Media xəbər verir ki, onun sözlərinə görə, Azərbaycan vətəndaşları öz ölkələrinin istənilən bölgəsinə sərbəst səfər etməlidirlər.

“Təəssüf ki, münaqişə və işğal illərində bu, təhlükəsizlik baxımından praktiki olaraq mümkün deyildi. Təbii ki, hüquqi baxımdan Azərbaycan QHT-lərinin ölkə ərazisinin Qarabağa səfər etmək hüququ var”, deyə o, qeyd edib.

Diplomat Qarabağda müvəqqəti dislokasiya edilən Rusiya sülhməramlıları haqda da danışıb.

Onun fikrincə, uzunmüddətli perspektivdə onların Azərbaycanda olması yaxşı variant deyil.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO