Azərbaycanın Qarabağ iqtisadi zonasında Rusiyanın müvəqqəti yerləşən sülhməramlı kontingenti beynəlxalq mandatı olmadığından nizam-intizam yaratmaq üçün azərbaycanlılara qarşı fiziki güc tətbiq etmək səlahiyyətinə malik deyil.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri Qarabağ separatçıların nümayəndələri səsləndiriblər.
Onların sözlərinə görə, hazırda təhlükəsizlik və asayiş məsələlərini ən yüksək səviyyədə Rusiya, Azərbaycan və Ermənistan liderləri tənzimləyir:
“Tərəflər 10 noyabr 2020-ci il tarixli bəyanatla Qarabağda atəşkəsə imza atıblar”.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
Bizim.Media
- A-
- A
- A+
Region
17:11 / 13.12.2022
Sülhməramlılar azərbaycanlılara fiziki güc tətbiq edə bilməzlər - Separatçıların nümayəndələri
Hazırda oxunan: Sülhməramlılar azərbaycanlılara fiziki güc tətbiq edə bilməzlər - Separatçıların nümayəndələri
Hazırda oxunan: Sülhməramlılar azərbaycanlılara fiziki güc tətbiq edə bilməzlər - Separatçıların nümayəndələri
109378
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.