Vüqardan ŞOK AÇIQLAMA: “Elçin Cəlilovu narkotikə Xalq artisti öyrəşdirib” - VİDEO

Vüqardan ŞOK AÇIQLAMA: “Elçin Cəlilovu narkotikə Xalq artisti öyrəşdirib” - VİDEO

Hazırda oxunan: Vüqardan ŞOK AÇIQLAMA: “Elçin Cəlilovu narkotikə Xalq artisti öyrəşdirib” - VİDEO

109341

Müğənni Vüqar Muradov mərhum ifaçı Elçin Cəlilovla bağlı qalmaqallı açıqlama verib.

Bizim.Media xəbər verir ki, bu barədə sənətçi qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində danışıb.

Muradov şok açıqlamasında bildirib ki, Elçin Cəlilovu narkotik qəbul etməyə Xalq artisti öyrəşdirib.

Vüqar həmin Xalq artistinin adını söyləməsə də, yaşanan xoşagəlməz həyat hekayəsini bu cür nəql edib:

“Onu pis yola çəkən qoca hələ də yaşayır. Öləndə adını açıqlayacağam. Hər zaman istedadlı insanların arxasınca iynəylə qaçıblar. İradə zəif olanda səni tez yaxalayırlar. Elçin hədsiz saf idi. Dünya boyda sənəti olanı yıxmaq üçün ancaq bu şey lazım idi”.

Sözügedən məsələyə isə proqramın aparıcısı Elgiz Əkbər biganə qalmayıb. O, “Tək Elçin deyil, bir-iki nəfərə də edib onu. Onu yolundan çıxardanın Allah bəlasını versin” deyib.

Qeyd edək ki, Elçin Cəlilov 2005-ci il mayın 10-da mənzilində ölü tapılıb. 37 yaşında dünyasını dəyişən müğənninin ölüm səbəbi narkotik maddədən istifadə etməsi göstərilib.
Əməkdar artist Rəhman Rəhmanov da açıqlamalarından birində həmin Xalq artistinin oğlu Emili narkotikə öyrəşdirdiyini vurğulayıb. Aktyor əlavə etmişdi ki, Elçin Cəlilovun da ölümünə o sənətçi səbəb olub.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO