Qubanın Amsar kəndindəki xatirə parkı doğrudanmı zəbt edilib? – Aytəkin Alxaslının ARAŞDIRMASI

Qubanın Amsar kəndindəki xatirə parkı doğrudanmı zəbt edilib? – Aytəkin Alxaslının ARAŞDIRMASI

Hazırda oxunan: Qubanın Amsar kəndindəki xatirə parkı doğrudanmı zəbt edilib? – Aytəkin Alxaslının ARAŞDIRMASI

109331

Quba rayonunun Amsar kəndində 1941-45-ci illər müharibəsində iştirak edənlərin xatirəsinə ucaldılan abidənin yararsız hala düşməsi haqqında yazmışdıq. Hətta parka aid torpaq sahəsinin zəbt edildiy barədə də məlumat vermişdik.

Bu barədə Bizim.Media-ya yerli sakinlər şikayət ünvanlamışdılar. Şikayətə cavab olaraq kəndə rəhbərlik edən aidiyyati qurumlar da məsələyə münasibət bildirmişdi və son durumla bağlı özlərinin çəkdiyi şəkillləri də yollamışdılar.
 

MÖVZU İLƏ BAĞLI:

Qubadakı Vətən Müharibəsi abidəsininin ərazisini kim zəbt edib? - AÇIQLAMA 


Şikayətin əsaslı araşdırılması üçün Amsar kəndinə yollanıb real mənzərəyə özü göz şahidliyi etdik.

Kompleksin ərazisində olarkən diqqətimizi qarın altında qalan şifer qırıntıları çəkdi. Öytəndik ki, Amsar kənd məktəbi də bu ərazidə yerləşir. Məktıbin damı yay aylarında təmir edilib, amma taxta, şifer qırıqları sahibsiz ərazi hesab edilən parkın çəmənliyinin üstünə atılıb, sonra isə yığışdırmaq “unudulub”.

Elə bu tör-töküntü vəziyyət buradan keçənlərdə elə bir təəssürat yaradır ki, park baxımsızdır və ərazi kiməsə satılacaq. 

Amsar kənd məktəbinin direktoru Habil Bayramlının bu mənzərəyə münasibətini aldıq. Direktor bildirdi ki, hava şəraiti imkan verən kimi texnika gətirilib bütün qalıqları daşıtdıracaq. Amma biz üzü yaza yox, üzü qışa gedirik.

Yaxşı olar ki,Amsar kəndinin və məktəbinin başbilənləri qarın altında qalan şifer tullantılarını tez daşıtdırsın ki,daha kimlərsə abidənin satılıb-satılmaması sualı ilə məşğul olmasın...

Yerli rəsmilərdən Bizim.Media-ya verilən məlumata görə, abidənin ərazisi 12 sotluq sahəni təşkil edir. 1985-ci ildə inşa edilən kompleks indiyəcən əsaslı təmir edilməyib, amma elə uçulub-dağılmış vəziyyətdə də deyil.

Quba İH Başçısının Amsar nümayəndəsi Dəyanət Rzayev bildirdi ki, yerli bələdiyyənin imkanı hesabına hər il abidədə abadlıq işləri aparılır:

“Dağılmağa qoymuruq. Amma xatirə abidəsini əsaslı təmir etməyə vəsaitimiz yoxdur. Bu, bələdiyyənin imkanı xaricindədir. Təbii ki, abidədir, müharibədə həlak olan insanların xatirəsi də bizə çox əzizdir. Amma bizim əlimizdən bu qədər gəlir”.

O ki qaldı ərazinin zəbt edilməsinə, yuxarıda qeyd etdiyimiz parkın 0,12 ha sahəsi toxunulmazdır. Yanındakı kafenin hasarlanması mənzərəni bir az pisləşdirib, genişlik təəssüratını azaltsa da, parkın ərazisinə müdaxilə yoxdur. Kafe sahibinə bu mənzərəni pozmağa imkan vermək isə olmazdı.
Ora şəxsi mülkiyyət ola bilər, amma ümumi arxitektura qaydalarına hamılıqla əməl etmək borcumuzdur. 

Xatirə kompleksinin ərazisinin birmənalı olaraq satılmadığını deyən İcra nümayəndəsi bu ərazinin dövlət torpağı olduğunu bildirdi. Heç kimin ərazini satmaq hüququnun olmadığını bildirdi.

Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu








 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO