"Qlobal tənəzzülün ölkəmizdə kəskinləşməsinin qarşısı alınıb"- Samir Şərifov

Hazırda oxunan: "Qlobal tənəzzülün ölkəmizdə kəskinləşməsinin qarşısı alınıb"- Samir Şərifov

10933

"Görülən sistemli və kompleks tədbirlər nəticəsində xarici mənşəli şoklar səbəbindən dünyada baş verən tənəzzülün ölkəmizdə kəskin fazaya keçməsinin qarşısı alınıb".

Bizim.Media xəbər verir ki,  bunu nazir Samir Şərifov bu gün keçirilən geniş kollegiya iclasında deyib.
 

MÖVZU İLƏ BAĞLI:

"89 milyon manatdan çox əsassız ödənişlər aşkarlanıb" - Maliyyə naziri


"Bütün dünya dövlətləri kimi Azərbaycan iqtisadiyyatı da ötən il koronavirus pandemiyası sınağı ilə üzləşib.

Qlobal pandemiya, onunla mübarizə məqsədilə tətbiq edilən məhdudiyyətlər, iqtisadi fəallığın zəifləməsi və istehlak tələbinin daralması, neft hasil edən ölkələr tərəfindən hasilatın azaldılması barədə qəbul edilən qərarlar ölkə iqtisadiyyatına mənfi təsir göstərib.

Lakin görülən sistemli və kompleks tədbirlər nəticəsində xarici mənşəli şoklar səbəbindən dünyada baş verən tənəzzülün ölkəmizdə kəskin fazaya keçməsinin qarşısı alınıb",- deyə nazir qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO