Mərakeşi dəstəkləmək üçün 30 xüsusi uçuş

Mərakeşi dəstəkləmək üçün 30 xüsusi uçuş

Hazırda oxunan: Mərakeşi dəstəkləmək üçün 30 xüsusi uçuş

109238

DÇ-2022-də yarımfinalında keçiriləcək Fransa - Mərakeş oyunu öncəsi Qətərə bir neçə min yeni azarkeş gələ bilər.  

Bizim.Media "Mundo Deportivo"ya istinadən xəbər verir ki, Mərakeşin "Royal Air Maroc" aviaşirkəti azarkeşlərə yarımfinalda komandalarına dəstək olmaq üçün Kasablankadan Dohaya 30 xüsusi uçuş təyin edib. 

Məlumata görə, gediş-dönüş biletinin qiyməti təqribən 450 avro olacaq. Satışda neçə biletin olacağı açıqlanmır.

Bəzi hesablamalara görə, bir xüsusi uçuş təyyarəsi 300-dən çox insanı daşıya bilər, beləliklə, yarımfinal oyununda iştirak edə biləcək yeni azarkeşlərin ümumi sayı 9 min nəfərdən çox ola bilər. 

Qeyd edək ki, dekabrın 14-ü keçiriləcək Mərakeş - Fransa görüşü Bakı vaxtı ilə saat 23:00-da başlayacaq 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO