Şəbnəm əri ilə münasibətindən DANIŞDI: “Kişi xanımına “ailəmsən” deyirsə, bundan kimə nə?” – VİDEO

Şəbnəm əri ilə münasibətindən DANIŞDI: “Kişi xanımına “ailəmsən” deyirsə, bundan kimə nə?” – VİDEO

Hazırda oxunan: Şəbnəm əri ilə münasibətindən DANIŞDI: “Kişi xanımına “ailəmsən” deyirsə, bundan kimə nə?” – VİDEO

108926

“38 yaşım var. İndiyə kimi üz cizgilərimə və dərimə heç bir şey etdirməmişəm. Nə burun əməliyyatı keçirmişəm, üzümə nə gel, nə də ki botoks etdirmişəm. Amma mütəmadi üz baxımları etdirirəm. Üzümün dərisinə qulluq edirəm”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müğənni Şəbnəm Tovuzlu “MTV maqazin” verilişinə müsahibəsində deyib. 

Aylar əvvəl bədənşəkilləndirmə əməliyyatı keçirdiyini söyləyən sənətçi bədənindən 7 kiloqram piy çıxarıldığını açıqlayıb: 

“Bədənşəkilləndirmə əməliyyatı olundum. Çünki dayanmadan yemək yeyirdim. Çəkim 78 kiloqrama qədər artmışdı. Əməliyyat zamanı bədənimdən 7 kiloqrama qədər piy çıxarıldı. Qol, bel və qarın nahiyəmdə olan artıq piylərdən xilas oldum”. 

Tez-tez həyat yoldaşı Hacı Ramil ilə gündəmə gələn Şəbnəm onun ailə həyatına müdaxilə edən şəxslərə sərt mesaj ünvanlayıb: 

“İnsanlar bir-birinin ətini “yeməklə” nə edəcəklər? İnsanlar ailə həyatıma qarışıb, müdaxilələr edirlər. Bunu nə haqla edirsiniz? Sizə o haqqı kim verib? Bir kişini bir qadın heç vaxt nəyəsə məcbur etmir. Bir kişinin qəlbində o qadın varsa, onunla həyatı daha gözəldirsə, həmin xanımı özü seçibsə və “ailəmsən” deyirsə, bundan kimə nə?” 

Qeyd edək ki, Şəbnəm Tovuzlunun ilk nikahından Günel adlı qızı var. Onun tezliklə toyu olacaq. Hacı Ramil ilə nikahından isə müğənninin Əli adlı oğlu var. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO