Nazir erməni təxribatlarına cavab əməliyyatlarını yüksək qiymətləndirdi

Nazir erməni təxribatlarına cavab əməliyyatlarını yüksək qiymətləndirdi

Hazırda oxunan: Nazir erməni təxribatlarına cavab əməliyyatlarını yüksək qiymətləndirdi

108922

“Birgə təlimlər regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına töhfə verir”. 

Bizim.Media xəbər verir ki, bunu müdafiə naziri, general-polkovnik Zakir Həsənov 2022-ci ilin yekunlarına dair Müdafiə Nazirliyinin Kollegiya iclasında deyib.

Müdafiə naziri Silahlı Qüvvələrin Ali Baş Komandanının Azərbaycan Ordusunun xidməti-döyüş fəaliyyətini, eləcə də 2022-ci ildə Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara cavab olaraq keçirilən əks-hücum əməliyyatlarını yüksək qiymətləndirdiyini bildirib. 
Ali Baş Komandan tərəfindən 2023-cü il üzrə Azərbaycan Ordusu qarşısında qoyulan tapşırıqları kollegiya iştirakçılarına çatdıran nazir şəxsi heyətin peşəkarlığı və qoşunların döyüş hazırlığına xüsusi diqqət yetirilməsinin, döyüş hazırlığının daha da yüksəldilməsinin, o cümlədən təlimlərin və səhra məşğələlərinin intensivliyinin artırılmasının əhəmiyyətini vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO