9 dekabr tarixində xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın Azərbaycandakı səfiri Ralf Hörleman ilə görüşüb.
XİN-dən Bizim.Media-ya bildirilib ki, nazir yeni təyinatı münasibətilə səfiri təbrik edərək, Azərbaycan-Almaniya əlaqələrinin inkişafı istiqamətində fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanın enerji təhlükəsizliyi, enerji resurslarının Avropaya ixracı və alternativ enerji resurslarının inkişaf etdirilməsi sahəsində həyata keçirdiyi işlər və perspektivlər müzakirə olunub.
Görüşdə, həmçinin 44 günlük Vətən müharibəsindən sonra cari regional vəziyyət, sülh quruculuğu səyləri, işğaldan azad edilmiş ərazilərdə yenidənqurma işləri, eləcə də işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” layihələri barədə qarşı tərəfə məlumat verilib.
Səfir Hörleman Maniq diplomatik münasibətlərinin qurulmasının 30 illiyinin qeyd olunması münasibətilə təbriklərini çatdıraraq, Azərbaycanın Almaniya üçün Cənubi Qafqazda vacib iqtisadi tərəfdaş olduğunu vurğulayıb.
Azərbaycan və Almaniya arasında tarixi əlaqələrə nəzər salınıb. Səfir ölkələrimiz arasında energetika və digər sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu bildirib.
Daha sonra, Azərbaycanla Almaniya arasında humanitar və mədəniyyət sahəsində əməkdaşlıq, habelə digər qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
20:49 / 09.12.2022
Ceyhun Bayramov Almaniya səfiri ilə regional vəziyyəti müzakirə edib
Hazırda oxunan: Ceyhun Bayramov Almaniya səfiri ilə regional vəziyyəti müzakirə edib
Hazırda oxunan: Ceyhun Bayramov Almaniya səfiri ilə regional vəziyyəti müzakirə edib
108837
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.