“Yardımlar edəndə yaxşı olursan, təltif olunanda pis?”- Kamil Zeynallıdan sərt reaksiya

“Yardımlar edəndə yaxşı olursan, təltif olunanda pis?”- Kamil Zeynallıdan sərt reaksiya

Hazırda oxunan: “Yardımlar edəndə yaxşı olursan, təltif olunanda pis?”- Kamil Zeynallıdan sərt reaksiya

10869

“Ay paxıl insanlar, içiniz niyə bu qədər yanır ki? Yardımlar edəndə yaxşı olursan, təltif olunanda pis?”

Bizim.Media xəbər verir ki, Kamil Zeynallı  ona medal verilməsi ilə bağlı faeysbuk hesabında növbəti paylaşımını edib.

 

MÖVZU İLƏ BAĞLI:

Kamil Zeynallı yalan danışdı - Dövlət Xidmətindən CAVAB


Zeynallı medalı əyani görmədiyini, yalnız fotosunun ona göndərildiyini vurulayıb. O, bəzi insanları paxıllıqda qınayıb:

“Rayondayam deyə medalları gedib götürə bilmədim, bir necə saata gətirəcəklər. İnşallah mən olduğum yerə,sizə göstərəcəm.  Dünən mənə axşam mənə dövlət qurumundan zəng vurub təbrik elədilər ki, sizə 2 medal yazıblar ve şəkillərini göndərdilər mənə. Mən də paylaşıb hər kəsə təşəkkürümü bildirdim..."

"Səhər başqa bir qurumundan zeng vurublar ki, Kamil bəy bizə səhər açılandan yüzlərlə zənglər gəlir ki, niyə Kamil Zeynallıya medal verirsiz, bizə vermirsiz? Ay paxıl insanlar, içiniz niyə bu qədər yanır ki? Yardımlar edəndə yaxşı olursan, təltif olunanda pis? Niyə? Birazdan medalım gəlib mənə çatacaq. Onu bilirəm ki, çox dəhşət paxıllarımız var, həddindən çox. İnşallah paylaşım edəcəm görəcəksiz”

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO