Skaloni Niderlandla oyundan DANIŞDI 

Skaloni Niderlandla oyundan DANIŞDI 

Hazırda oxunan: Skaloni Niderlandla oyundan DANIŞDI 

108597

"Həmişə məşqdən sonra oyunçular penalti vurmaq üçün ayrıca çalışırlar. Amma oyunda topa yaxınlaşanda bu, lotereyadır". 

Bizim.Media xəbər verir ki, bunu Argetina millisinin baş məşqçisi Lionel Skaloni DÇ-2022-nin 1/4 finalında Niderlandla keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfrnasında deyib. 

O, matçı həvəslə gözlədiklərini bildirib: "Sabahkı oyunu izləmək çox xoş olacaq. Həm Argentina, həm də Niderland həmişə hücum etməyə çalışan komandadır. Yarışda qalan səkkiz komandadan hər biri finala yüksəlməyə layiqdir". 

Baş məşqçi komandanın zədəli futbolçularının durumu haqda da danışıb:

“Rodriqo de Paul yaxşıdır. Bugünkü məşqdə görək komandanı necə formalaşdıracağıq. Bu gün oyun sistemimizə əsasən qərar verəcəyik. De Paul və Di Maria dünən məşq ediblər. Amma qarşıda komandanı görmək üçün hələ bir gün və məşq var". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO