Ukraynada gedən döyüşlərdə azərbaycanlı HƏLAK OLUB 

Ukraynada gedən döyüşlərdə azərbaycanlı HƏLAK OLUB 

Hazırda oxunan: Ukraynada gedən döyüşlərdə azərbaycanlı HƏLAK OLUB 

108519

Ukraynada davam edən qanlı müharibədə daha bir Gürcüstan əsilli Ukrayna vətəndaşı həyatını itirib.

Bizim.Media 24News.ge nəşrinə istinadən xəbər verir ki, o, əslən Bolnisi bələdiyyəsinin Faxralı kəndindən olan 1993-cü il təvəllüdlü Bayramov Ruslan Hüseynqulu oğludur.

Luqansk vilayətində yaşayan Ruslan Bayramov Ukrayna Silahlı Qüvvələrinin 59-cu (OMBRr) radio-kəşfiyyat tağımı filialının operatoru kimi xidmət edib.

O, oktyabrın 6-da Nikolayev vilayətinin Ternovıy Podı rayonunda Rusiya tərəfinin hücumu nəticəsində həyatını itirib.

Müdafiəçi Ruslan Bayramov Haysın şəhərindəki qəbiristanlıqda hərbçilərin və yerli əhalinin iştirakı ilə dəfn edilib.

Məlumat üçün onu da bildirək ki, hal-hazırda Ruslan Bayramovun valideynlərinin yaşadığı ərazi işğal altındadır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO