Zəngilan sakininin evindən silah-sursat tapıldı - FOTO

Zəngilan sakininin evindən silah-sursat tapıldı - FOTO

Hazırda oxunan: Zəngilan sakininin evindən silah-sursat tapıldı - FOTO

10849

Zəngilan sakininin evindən silah-sursat tapılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Cəbrayıl Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Zəngilan rayon sakini, əvvəllər məhkum olunmuş Rasif Cəfərovun Biləsuvar rayonu ərazisində Cəbrayıl və digər rayonlardan olan məcburi köçkünlər üçün inşa edilmiş 9 saylı qəsəbədə yerləşən yaşadığı evdən 1 ədəd “AKM” markalı silah, 1 ədəd patron darağı və 24 ədəd patron aşkar edilərək götürülüb.

R.Cəfərovun barəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO