Bu il pensiya ödənişlərinin məbləği AÇIQLANDI

Bu il pensiya ödənişlərinin məbləği AÇIQLANDI

Hazırda oxunan: Bu il pensiya ödənişlərinin məbləği AÇIQLANDI

108469

2022-ci ilin yanvar-noyabr aylarında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 7,3 faiz (390 mln. manat) çox olmaqla 4 mlrd. 526 mln. manat vəsait yönəldilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Bizim.Media-ya verilən xəbərə görə, pensiya islahatlarında yeni mərhələ kimi, bu ilin əvvəlindən minimum aylıq pensiya artırılıb, həmçinin pensiyalarda indeksləşdirmə əsasında artımlar edilib.

Əlavə dəstək olaraq bütün pensiyaçılara maddi yardımlar verilməsinə başlanıb. Həmin artımlar üçün illik 440 mln. manat əlavə vəsait ayrılıb.

Pensiyaların artırılması istiqamətində növbəti addımlar kimi, qeyd olunan maddi yardımlar gələn ilin əvvəlindən pensiyaların tərkibinə daxil ediləcək və bundan sonra bütün pensiyalar indeksləşdirilərək artırılacaq.
Bu ilin 11 ayı ərzində 22 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən isə 70 min pensiya təyinatı (ümumi əsaslarla yaşa görə pensiya təyinatının 80 faizi) e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO