“Aztelekom” və “Bakı Telefon Rabitəsi”nə qarşı İŞ QALDIRILDI - RƏSMİ

“Aztelekom” və “Bakı Telefon Rabitəsi”nə qarşı İŞ QALDIRILDI - RƏSMİ

Hazırda oxunan: “Aztelekom” və “Bakı Telefon Rabitəsi”nə qarşı İŞ QALDIRILDI - RƏSMİ

108281

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən haqsız rəqabət hallarının qarşısının alınması istiqamətində araşdırmalar davam etdirilir.

Bizim.Media Dövlət Xidmətinə istinadən xəbər verir ki, “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC-də xidmət tariflərinin qiymətində müşahidə olunan artımların antiinhisar qanunvericiliyinin tələblərinə uyğunluğunu müəyyənləşdirmək məqsədilə araşdırma aparılıb.

Həmin müəssisələrlə bağlı özəl internet provayderlərindən də Dövlət Xidmətinə müraciətlər daxil olub. Belə ki, özəl internet provayderləri tariflərdə olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər.
Araşdırmalar nəticəsində “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi əlamətləri üzrə iş qaldırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO