“Regionda dəmir yolu və avtomobil əlaqələrinin bərpası, xüsusilə Zəngəzur dəhlizinin açılması, iqtisadi fəaliyyətə başlaması və Azərbaycan-Ermənistan, Türkiyə- Ermənistan münasibətləri də daxil olmaqla bütün regionda hərtərəfli normallaşmanın təmin edilməsi ən səmimi arzumuzdur”.
Bizim.Media xəbər verir ki, bu barədə bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycan-Türkiyə birgə hərbi təlimlərini izləyərkən bildirib.
MÖVZU İLƏ BAĞLI:
“Azərbaycana təhdid gələrsə, tək yumruq olacağıq” - Akar
Nazir bildirb ki, Qafqaz regionu sülh və gələcəyə inamla addımlayacaq.
"Bu məqsədlə regionun digər aktorlarından da ölkələr arasında əməkdaşlıq və həmrəyliyin təmin olunduğu firavan gələcəyin formalaşmasına töhfə vermələrini gözləyirik. Türkiyə bu günə kimi Azərbaycanın yanındadır və bundan sonra da yanında olacaq. Qardaşlığımız əbədidir”, - deyə H.Akar bildirib.
Bizim.Media