Bəsti Bəkirova: “Həyat yoldaşımın Nabranda istirahət mərkəzi var” - VİDEO

Bəsti Bəkirova: “Həyat yoldaşımın Nabranda istirahət mərkəzi var” - VİDEO

Hazırda oxunan: Bəsti Bəkirova: “Həyat yoldaşımın Nabranda istirahət mərkəzi var” - VİDEO

108096

“İllər əvvəl bizim Bakıda iki otaqlı ev almağa pulumuz vardı. Amma biz ev ala bilmirdik. Çünki ev yox idi. O zamanlar belə bir qanun var idi ki, beş il gərək Bakı şəhərində yaşayıb qeydiyyata düşməli idin ki, burada ev alasan.

Onda həyat yoldaşım söylədi ki, avtomobil alım və biz qalaq kirayədə. Həyat yoldaşım iki illik kirayə pulunu ödədi. Sonra Bakıda qeydiyyata düşdük. Artıq bizim böyük oğlumuz vardı. İki il kirayədə yaşadıq. Sonra iki otaqlı ev aldıq. Və gələcək illərdə o mənzili satıb, 5 və 10 otaqlı ev aldıq”.
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Bəsti Bəkirova qonaq olduğu “Elgizlə izlə” ictimai-sosial verilişində deyib.

Ailə həyatından söz açan sənətçi bildirib ki, onun həyat yoldaşı DYP-in keçmiş əməkdaşı olub.

Bəsti həyat yoldaşının Nabranda istirahət mərkəzinin olduğunu açıqlayıb:

“Həyat yoldaşım işi ilə bağlı Nabran şəhərində yaşayır. 1987-ci ildən bəri biz birlikdəyik. Onunla avqustun 1-i ailə qurmuşam. Bu günə qədər də birlikdəyik. Həyat yoldaşım uzun illər Bakı şəhərində DYP-də işləyib. Hazırda təqaüddədir. Onun 20 ilə yaxındır ki, Nabranda istirahət mərkəzi var. Biz Bakıda da, Nabranda da yaşayırıq. Amma yoldaşım çox zaman Nabranda olur. Ailəmiz yerli turizmlə məşğuldur".

B.Bəkirova həmçinin əlavə edib ki, oğlu uzun illərdir ailəli olsa da, lakin hələ də övlad sahibi deyillər:

“Hələ nənə olmamışam. Amma inşallah olacağam. Oğlum 6 ildir ki, evlidir. Çox istəyirəm nənə olmaq. Əvvəllər onların problemləri vardı. Həkimlərə müracit etdilər. Onlar da valideyn olmaq istəyirlər. Gözləyirik. Digər oğlum isə subaydır. İndi onun 30 yaşı var”. 

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO