Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutuldu – VİDEO

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutuldu – VİDEO

Hazırda oxunan: Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən şəxs tutuldu – VİDEO

108073

Bakıda taksi sürücülərinə qarşı dələduzluq edən "hotel meneceri" saxlanılıb.

Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, polis əməkdaşlarının keçirdiyi tədbirlərlə özünü hotel meneceri kimi təqdim etməklə sürücülərin aldatma yolu ilə müxtəlif məbləğlərdə pullarını talamaqda şübhəli bilinən 1996-cı il təvəllüdlü Əli Dadaşov saxlanılaraq məsuliyyətə cəlb olunub.
O, sosial şəbəkələrdə və elan saytlarında məlumatlar yerləşdirməklə “əlavə qazanc, yüksək gəlir” adı altında fəaaliyyət göstərib.

Araşdırmalar Səbail Rayon Polis İdarəsinin 9-cü Polis Bölməsində aparılır.

"Onun əməllərindən zərər çəkən başqa vətəndaşlar varsa, polisə müraciət etmələri tövsiyə edilir", - məlumatda qeyd olunub.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO