“SpaceX” şirkətinə peyk internetinin inkişafı üçün dövlət subsidiyası ayrılıb

“SpaceX” şirkətinə peyk internetinin inkişafı üçün dövlət subsidiyası ayrılıb

Hazırda oxunan: “SpaceX” şirkətinə peyk internetinin inkişafı üçün dövlət subsidiyası ayrılıb

108019

“SpaceX” aerokosmik şirkətinə ABŞ-ın kənd yerlərinin genişzolaqlı internet çıxışı ilə təmini üçün dövlət tərəfindən 885,5 milyon dollar məbləğində maliyyə dəstəyi göstəriləcək.  

Bizim.Media xəbər verir ki, “Starlink” qlobal peyk internet layihəsinin inkişafı üçün subsidiyaların ABŞ Federal Rabitə Komissiyası (FCC) tərəfindən ayrılması nəzərdə tutulur.

Sözügedən vəsaitlərin 180 şirkət arasında bölüşdürülməsi ilə bağlı qərar komissiya tərəfindən keçirilən hərracın birinci mərhələsinin nəticələri üzrə qəbul edilib. Hərracın ümumi məbləği 9,2 milyard dollar təşkil edib.

“SpaceX” şirkətindən daha çox vəsaiti “Charter” (1,22 milyard dollar), “LTD Broadband” (1,32 milyard dollar) və “Rural Electric Cooperate Consortium” (1,1 milyard dollar) cəlb edib. 

Qeyd edək ki, “Starlink” Yer kürəsini yüksəksürətli və giqabitlik internet ilə əhatə etməyə, eləcə də planetin ən ucqar guşələrini internetə çıxışla təmin etməyə imkan verən mikropeyklər sisteminin yaradılması və istismarı üzrə “SpaceX” layihəsidir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO