Medvedevdən neftə tətbiq edilən “tavan qiyməti”nə özünəməxsus ŞƏRH: “Rus üçün yaxşı olan alman üçün ölümdür” 

Medvedevdən neftə tətbiq edilən “tavan qiyməti”nə özünəməxsus ŞƏRH: “Rus üçün yaxşı olan alman üçün ölümdür” 

Hazırda oxunan: Medvedevdən neftə tətbiq edilən “tavan qiyməti”nə özünəməxsus ŞƏRH: “Rus üçün yaxşı olan alman üçün ölümdür” 

108013

Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Dmitri Medvedev Rusiya neftinin qiymət tavanının qüvvəyə minməsini özünəməxsus üslubda şərh edib.

Bizim.Media xəbər verir ki, Medvedev bu barədə fikirlərini rəsmi  “Telegram” kanalında qeyd edib.  

Onun fikrincə, neft bazardan yoxa çıxmayacaq, lakin qiymətlərdə  “inanılmaz” vəziyyət baş verəcək: 

“Bəşəriyyətin siyasi konyuktura naminə qiymətləri tənzimləməyə çalışaraq daim eyni dırmıqda addımlamağı xoşlaması sadəcə heyrətamizdir. Bu cəhdlər həmişə məhsulun yoxa çıxması və ya onun qiymətinin qalxması ilə başa çatır. Axı heç kim dəyər qanununu ləğv etməyib. Beləliklə, neftlə də bu vəziyyət olacaq. Təbii ki, məhsulumuz tükənməyəcək, lakin qiymətlərdə ağlasığmaz şeylər baş verəcək. Həmin “ağlasığmaz” şeylərin nə olduğunu isə heç kim dəqiq bilmir”. 

Onun fikrincə, Rusiya neftinin qiymətinin məhdudlaşdırılması son istehlakçılar üçün yaxşı heç nə gətirməyəcək. Medvedev həmin istehlakçıları "kolbasa və pivə ilə həddindən artıq “şnapps” alkoqollu içkisi qəbul etdikdən sonra ilk dəfə buzlu suya baş vuran saxta burgerlər izdihamı" ilə müqayisə edib. 
“Onlardan bəziləri tez ayılaraq çölə atılacaq. Bəziləri soyuq suda üzməyi öyrənəcəklər, lakin çox zəif, çünki buz çuxurunda üzmək olduqca çətindir. Bəziləri isə bu sularda batacaqlar.

Nəticədə, rus ayısı və general Morozov batanların şərəfinə kədərli tostları qaldıraraq onları dəfn edəcəklər. Yaxşı, gedirlər! Lakin bilsinlər ki, rus üçün yaxşı olan alman üçün ölümdür”, -deyə Medvedev yazıb. 

Qeyd edək ki, bu gün, dekabrın 5-də Rusiya Federasiyasından Avropa İttifaqına (Aİ) dəniz yolu ilə neft nəqlinə embarqo qüvvəyə minib. Enerji qiymətlərinə “tavan” qiyməti isə Aİ ölkələri, G7 və Avstraliya tərəfindən bir barel üçün 60 dollar müəyyən edilib. Müəyyən edilmiş qiymətdən baha olan neft xammalı bu qərara əsasən, sığortalana və ya daşına bilməz. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO