Bayramovdan Lavrova: “Mühüm mövzu Ermənistanla münasibətlərimizin normallaşmasıdır”

Bayramovdan Lavrova: “Mühüm mövzu Ermənistanla münasibətlərimizin normallaşmasıdır”

Hazırda oxunan: Bayramovdan Lavrova: “Mühüm mövzu Ermənistanla münasibətlərimizin normallaşmasıdır”

107942

“Bizim müntəzəm əlaqələrimiz, həm ikitərəfli əsasda, həm də beynəlxalq tədbirlər çərçivəsində ünsiyyətimiz artıq yaxşı ənənəyə çevrilib”.

Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bu gün Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşündə deyib.

“Azərbaycan və Rusiya arasında liderlər səviyyəsindən başlayaraq, hökumət başçıları, aidiyyəti nazirlik və idarələr, Rusiya Federasiyasının subyektlərinin rəhbərləri səviyyəsində müxtəlif istiqamətlər üzrə danışıqlar prosesinin intensivliyi iki ölkə arasında dialoqların geniş spektrinin ən bariz nümunəsidir. 

Bu baxımdan, mənə elə gəlir ki, qarşılıqlı ticarət dövriyyəsinin, elmi-texniki əlaqələrin, humanitar əlaqələrin artırılması baxımından qarşılıqlı əlaqələri əks etdirən və tənzimləyən müvafiq yol xəritələrinin həyata keçirilməsinə də diqqət yetirilməsi mühüm element olacaq. 

Bu gün bizim bütün bu spektrləri nəzərədn keçirmək imkanımız olacaq və təbii ki, mühüm mövzu Ermənistan-Azərbaycan münasibətlərinin münaqişədən sonra normallaşması, Rusiyanın vasitəçilik səyləri və üçtərəfli bəyannamələrin icrasıdır. 

Bütün bu məsələləri bu gün müzakirə etmək üçün fürsətimiz olacaq”, - deyə o bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO