“Fransa silah satmaq üçün müharibələri alovlandırır” - PanAfrika Müdafiə Liqasının prezidenti – MÜSAHİBƏ

“Fransa silah satmaq üçün müharibələri alovlandırır” - PanAfrika Müdafiə Liqasının prezidenti – MÜSAHİBƏ

Hazırda oxunan: “Fransa silah satmaq üçün müharibələri alovlandırır” - PanAfrika Müdafiə Liqasının prezidenti – MÜSAHİBƏ

107893

“Fransa Ermənistanı ona görə dəstəkləyir ki, Fransadakı erməni icması dövlətin ən yüksək səviyyəsində qərarların qəbulunda çox iştirak edir və seçkilərdə Fransanın siyasi elitasına seçki silahı kimi baxır”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsi zamanı Fransada fəaliyyət göstərən PanAfrika Müdafiə Liqasının prezidenti (LDNA) Egontçhi Behanzin deyib. Cənab Behanzin bildirib ki, Parisin apardığı indiki siyasət və Makronun məntiqsiz gedişləri bir çox ölkələrə, o cümlədən Fransanın özünə də ziyan vurur. 

- Cənab Behanzin, uzun müddətdir ki, sizin siyasi mübarizənizi izləyirik. Suallarıma elə təşkilatınızın fəaliyyətindən başlamaq istərdim. Fransa və Afrika. Əslində bir qədər əlaqəsiz görünür. Bilmək istərdik ki, Fransanın Afrikaya nə kimi mənfi təsirləri var?

- Təşəkkür edirəm. Biz Fransa dövlətinin keçmiş müstəmləkələrində imperialist, yeni müstəmləkəçi və hazırda siyasi baxımdan Afrikaya qarşı olan Fransa hökuməti ilə sərt şəkildə mübarizə aparırıq. Fransa Afrika ölkələrini azad və suveren buraxmaq istəmir. Çünki o, onları istismar etməklə, müharibələr, soyqırımlar, etnosidlər yaratmaqla və indi də Afrika torpaqlarında terrorizmi və terrorun idarə olunmasını öz əlinə almağa çalışır. O, Afrika torpaqlarını hərbi işğalına haqq qazandırmaq üçün səbəbləri belə qeyd edir: “terrora qarşı mübarizə”. Lakin açıqlanmayan səbəblər bunlardır. Onlar daha çox Afrikanın sərvətlərinə və təbii sərvətlərinə nəzarət etmək istəyirlər. Təəssüflər olsun ki, bu siyasət nəticəsində əziyyət çəkən Afrika əhalisidir.

- Fransanın Afrikaya qarşı münasibəti yeni deyil. Ən azından bu illərdir davam edir. Amma son zamanlar sizin etiraz səsləriniz daha çox eşidilir. Bu fəallaşmanın səbəbləri nədir? 

- Bu Parisin tutduğu mövqe və şəxsən Makronun Afrika xalqına qarşı nəzərəçarpacaq ikili standartlar köklənmiş və daha da radikallaşmış siyasəti ilə bağlıdır. Mən bilmirəm, izlədiyim qədəri ilə Makron Azərbaycanda lovğa cəngavər hesab edilir. Amma öz ölkəsində, hər şeydən əvvəl Fransa əhalisi üçün çox dağıdıcı sosial siyasət aparan kiçik bir fransız diktatoru hesab olunur. O, xalqa əhəmiyyət verməyən və xor baxan faşist liberaldır. Makron üçün yalnız onu hakimiyyətə gətirən maliyyə mafiyası önəmlidir. Fransızların səfaləti onun problemi deyil. Baxın, Makron hakimiyyətə gələndən bəri Fransada yoxsulluq üç dəfə artıb, 10 milyondan çox fransız səfalət içində yaşayır və gündə 3 dəfə yemək hazırlaya bilmir. Xəstəxanalarda avadanlıq çatışmazlığı var, fransızlar artıq özlərini müalicə edə bilmirlər. Onun Senatda 49,3 səs qazanan faşist liberal siyasəti heç kimə, nə uşaqlara, nə böyüklərə, nə də qocalara aman vermir. Sağlamlıq böhranı zamanı o, fransızları əczaçılıq sənayesindəki dostları üçün qurban verməkdən çəkinmədi, onları eksperimental peyvəndi ilə zəhərlədi. 

- Yəni, siz Fransa vətəndaşısınız və Makronun hakimiyyəti dönəmində Fransanın zəiflədiyini iddia edirsiz?

- Fransa Makron gələndən bəri bərbad vəziyyətdədir. Sosial həyat artıq mövcud deyil. Onun ifrat sağçı müttəfiqlərinə onun faşist daxili işlər naziri Jerar Mussanın laqeydliyi və bəyanatları sayəsində Milli Assambleyada yer qazanmağa imkan verib. 

- Siz Azərbaycan-Ermənistan münasibətlərini də yaxından izləyirsiniz. Fransanın Azərbaycana qarşı münasibətini bilirsiz. Ermənistana Parisin dəstəyini necə izah etmək olar?

- Fransa Ermənistanı ona görə dəstəkləyir ki, Fransadakı erməni icması dövlətin ən yüksək səviyyəsində qərarların qəbulunda çox iştirak edir və seçkilərdə Fransanın siyasi elitasına seçki silahı kimi baxır. Ancaq eyni zamanda, Fransanın bu davranışı çox təəccüblü deyil, çünki sülh və Fransa bir-birinə uyğun gəlməyən iki şeydir. Üsyançılara, separatçılara dəstək verməklə Afrikada müharibələri qızışdıran və daha da pisi, terrorçuları silahlandıran, öyrədən və onlara məlumat verən Fransanın bu dağıdıcı siyasətini biz yaşayırıq. 

- Assambleyadakı Azərbaycan əleyhinə qətnamədən xəbəriniz var. Bununla nə etmək istəyirlər?

- Milli Assambleyada qətnamə qəbul edərək Ermənistanı Azərbaycana qarşı hərbi yolla dəstəkləməyə qərar verən Fransanın münasibəti qəbuledilməz və yolverilməzdir. O, sülh istəmir, çünki müharibələrdən qidalanır. Fransa və ABŞ Qafqazı tamamilə zəiflətmək istəyirlər, lakin hər şeydən əvvəl Azərbaycan kimi təbii sərvətlərlə və karbohidrogenlərlə zəngin olan ölkələr Fransanı və onun elitasını maraqlandırır. Ermənistanın işğalı altında olan və bu yaxınlarda ölkənizin vətənpərvər ordusu tərəfindən azad edilmiş ərazilərin müstəqilliyini tələb etməklə Azərbaycanın daxili siyasətinə qarışa bilməz. Fransa Ermənistanın Azərbaycan xalqına qarşı cinayətlərini unutmamalıdır. Hazırda Fransada geosiyasi və geostrateji vəziyyət o qədər aşağıdır ki, o, silah satmaq və silah sənayesini zənginləşdirmək üçün hər yerdə müharibələri alovlandırmalıdır.

- Cənab Behanzin, zaman ayırıb suallarımızı cavablandırdığınız üçün təşəkkür edirəm. Dünyada sülh olması diləyiylə.

- Təşəkkür edirəm, arzularımız qarşılıqlıdır.

Tehran Orucoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO