Rapid üzrə Azərbaycanın ən güclü şahmatçısı bəlli oldu

Rapid üzrə Azərbaycanın ən güclü şahmatçısı bəlli oldu

Hazırda oxunan: Rapid üzrə Azərbaycanın ən güclü şahmatçısı bəlli oldu

107803

Kişilər və qadınlar arasında Azərbaycan çempionatında rapid yarışının qalibləri müəyyənləşib.

Bizim.Media xəbər verir ki, qrossmeyster, ölkə, eləcə də Avropa çempionatlarının dəfələrlə qalibi və mükafatçısı olmuş Rauf Məmmədov 9 turdan 7 xal toplayaraq, əlavə göstəricilərə görə fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.

Onunla eyni xalı yığan Vüqar Əsədli ikinci, yarım xal az toplayan Məhəmməd Muradlı isə üçüncü yerləri tutublar.
Qadınlar arasında isə 7 turdan 5 xal yığan Ləman Hacıyeva əlavə göstəricilərə görə birinci yerə sahib olub. İkinci pillədə onunla eyni xala malik olan Ayan Allahverdiyeva qərarlaşıb. Üçüncü yeri isə Ülviyyə Fətəliyeva qazanıb.

Şahmatçılarımız Azərbaycan çempionatında blits yarışında isə mübarizəni davam etdirirlər.

Qeyd edək ki, çempionatların təşkilində əsas məqsəd dekabrın 25-30-da Qazaxıstanın Almatı şəhərinin ev sahibliyi edəcəyi rapid və blits üzrə dünya çempionatına gedəcək şahmatçıların müəyyən edilməsidir.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO