SpaceX-in kosmik gəmisi test zamanı partladı – VİDEO

SpaceX-in kosmik gəmisi test zamanı partladı – VİDEO

Hazırda oxunan: SpaceX-in kosmik gəmisi test zamanı partladı – VİDEO

10778

“Crew Dragon” sərnişin kapsulunun testlərini yekunlaşdırdıqdan sonra “SpaceX” şirkəti, öz diqqətini “Starship” kosmik gəmisinin testinə yönəldib.

Dünyanın ən varlı ikinci adamı olan iş adamı İlon Mask-ın planına əsasən məhz, bu kosmik gəmi vasitəsilə insanlar Aya və Marsa gedə biləcəklər. 

Bu səbəblə, dünən “SpaceX” şirkəti, “Starship”-in sayca 9-cu prototipinin testini keçirtməyə çalışdı.
 

MÖVZU İLƏ BAĞLI:

Elon Mask dünya iqtisadiyyatını necə çökdürdü? – FAKT ÜZRƏ


Lakin, görünür, proses planlandığı kimi baş tutmayb. Belə ki, dünən “SpaceX” sözügedən prototipin uçuş startını reallaşdırdıqdan sonra kosmik gəmi planlaşdırılan 10 km yüksəkliyə qalxa bildi.

Daha sonra “Starship SN9” adlı prototip şaquli vəziyyətə keçib eniş prosesini reallaşdırmalı idi.

Lakin, nəticə olaraq kosmik aparat havada öz tarazlığını düzgün saxlaya bilməyib və yerə dəyərək partlayıb.

SN9 modelinin uğursuz testi dekabr ayındakı uğursuz testə bənzəsə də “SpaceX” test uçuşunu “bir addım irəli” adlandırır.

“Bu əla uçuş idi. Lakin eniş prosesi üzərində bir qədər də çalışmaq lazımdır” - deyə SpaceX təmsilçisi qeyd edib. Starship-in sayca 10-cu olacaq növbəti prototipinin test uçuşunun keçirilmə tarixi daha sonra elan ediləcək.

Səmra Xəlilbəyli, Bizim.Media

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Bizim Media (@bizimmediaaz)

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO