Nərmin ilə Dilarə Səlim Flora Kərimovanın qohumu imiş - VİDEO

Nərmin ilə Dilarə Səlim Flora Kərimovanın qohumu imiş - VİDEO

Hazırda oxunan: Nərmin ilə Dilarə Səlim Flora Kərimovanın qohumu imiş - VİDEO

107776

Məşhur teleaparıcı Dilarə Səlimin Xalq artisti Flora Kərimovanın ilə qohum olduğu üzə çıxıb.

Bizim.Media xəbər verir ki, bu barədə televiziya ulduzu, sənətkarla birgə qonaq olduğu "Zaurla Günaydın" səhər şousunda açıqlayıb.

D.Səlim bildirib ki, F.Kərimova onun atasının dayısı qızıdır.

"Nənəm Kərimbəyovlılardandır. Atamın anası Kərimbəyovadır. Siz də o nəsildənsiniz. Atamın dayısı qızısınız", - deyə Dilarə vurğulayıb.

Flora Kərimova eşitdiyi bu xəbərə təəccübünü gizlədə bilməyib. 

"Atam soyadını Kərimbəyovdan dəyişib Kərimov etdi. O zamanlar bəylər soyadını qəbul etmirdilər. Zamanında soyadını dəyişdi. Atam iki universitetdə təhsik alırdı. Ondan sonra soyadı oldu Kərimov. Bu yaxınlarda mənə söylədilər ki, bəlkə soyadınızı dəyişib Kərimbəyova edəsiniz. Dedim ki, atamın ruhu inciyər. Ona görə dəyişdirmədim. Bir qohumum da var, o isə Kərimbəyova qaldı. Söhbət gənc müğənni Nərmin Kərimbəyovadan gedir. Nərmin də əmimin nəvəsidir", - deyə Flora Kərimova qeyd edib.

Rəşad Əliyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO