“İtaliya-Azərbaycan Universitetinin yaradılması təhsilimizin inkşafı üçün mühüm qərardır” – Təhsil Eksperti

“İtaliya-Azərbaycan Universitetinin yaradılması təhsilimizin inkşafı üçün mühüm qərardır” – Təhsil Eksperti

Hazırda oxunan: “İtaliya-Azərbaycan Universitetinin yaradılması təhsilimizin inkşafı üçün mühüm qərardır” – Təhsil Eksperti

10777

“İtaliya-Azərbaycan Universitetinin yaradılması təhsilimizin beynəlxalq rəqabətliliyinin artırılması, eyni zamanda ali təhsil müəssisələrinin əmək bazarının tələblərinə cavab verən kadr hazırlanması üçün mühüm bir qərardır”.

Bunu Bizim.Media-ya açıqlamasında təhsil üzrə ekspert Kamran Əsədov səsləndirdi. 
 

MÖVZU İLƏ BAĞLI:

Prezidentin ayırdığı 40 milyon hara xərclənib? – Şagird sıxlığı problemi həll olunmur


O, adı çəkilən təhsil ocağının tədrisə verə biləcəyi faydalardan da bəhs etdi:

“Etiraf edək ki, bu gün Azərbaycanda 51 ali təhsil müəssisəsi var və orada 182 min tələbə təhsil alır. Amma onların heç də hamısı əmək bazarının tələblərinə cavab verən kadr hazırlamırlar. 

Biz nə görürük?

Təhsilini başa vuran şəxslərin yalnız 42 faizi ixtisası üzrə çalışa bilir. Bu o deməkdir ki, 50 %-dən yuxarı şəxsin bilik və bacarıqları əmək bazarına uyğun deyil. Ona görə də, xarici ölkələrlə birgə universitetlərə ehtiyac var. 

Azərbaycanda bu təcrübə var. Məsələn, Azərbaycan Neft və Sənaye Universitetinin nəzdində UFAZ (Fransa-Azərbaycan universiteti) universiteti var.

Eyni zamanda Bakı Mühəndislər Universitetinin nəzdində Koreyanın bir ali təhsil ocağı mövcuddur. Bunlar vacibdir. Ona görə ki rəqabət mühitini artırır.”

Kamran Əsədov vurğuladı ki, yüksək bal toplayan abituryentlər Azərbaycanda uzun illərdir mövcud olan universitetlərə yox, bu tipli ali məktəblərə müraciət edirlər. 

“Çünki burada neqativ hallar yoxdur, tədris ya xarici dildə, ya da birbaşa İKT tətbiqi ilə həyata keçirilir. Azərbaycan ali təhsil müəssisələri arasında rəqabətin yaranması üçün ikili universitetlər vacibdir. Çünki ikili universitetləri olan ölkələr dünya təhsil sistemində öndədir”. 

Nümunə kimi Cənubi Koreya universitetlərini göstərən mütəxəssis İtaliyanın Balonya, Milan və Turin ali təhsil müəssisələrini də xüsusi vurğuladı. 

“Xüsusən dizayn, memarlıq, turizm, İKT ixtisasları həmin universitetlərdə çox yüksəkdir. 
Bu gün Azərbaycanda, Bakıda nə qədər gözəl memarlıq üslubu olan binalar tikilir.

Hansının memarı azərbaycanlıdır? Yaxud yerli universitetin məzunudur? Dizayn və turizm ixtisasları İtaliyada çox inkişaf edib. 

Azərbaycanda demək olar ki, yaşayış binasından çox otel var, amma turizm sıfır səviyyəsindədir. Bu sahənin inkişafı və əmək bazarının yenidən formalaşdırılması üçün bu tipli ali məktəblərə ehtiyac var”.

Anar Rəhimov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO