Azərbaycanlı bloqer

Azərbaycanlı bloqer "sərvət" dəyərində lüks avtomobil aldı - FOTO/VİDEO 

Hazırda oxunan: Azərbaycanlı bloqer "sərvət" dəyərində lüks avtomobil aldı - FOTO/VİDEO 

107733

Rusiyanın məşhur azərbaycanlı video bloqeri və iş adamı Hüseyn Həsənov özünə dəbdəbəli avtomobil alıb.

Bizim.Media xəbər verir ki, bloqer Dubaydakı avto salonların birindən dəyəri 1 milyon 233 min manata "Rolls-Royce Ghost" markalı lüks nəqliyyat vasitəsinə sahiblənib.

Ağ rəngdə olan avtomobilinin xarici görünüşü ilə yanaşı, daxilinin yüksək keyfiyyətli sarı rəngli dəri salonu da diqqət çəkib. Hüseyn Həsənov aldığı yeni avtomobilinin görüntülərini sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.
Sosial şəbəkə əhli azərbaycanlı video bloqerin paylaşımına minlərlə təbrik şərhi yazıblar.

Qeyd edək ki, Hüseyn Həsənovun şəxsi qarajında "Lamborghini Urus" - 548 min manat, "Rolls-Royce Cullinan" - 685 min manat, "Lamborghini Aventador" - 550 min manat, "Mercedes-AMG G63" - 822 min manat avtomobilləri var. Bloqer qırmızı rəngi sevdiyindən adıçəkilən lüks avtomobilləri qırmızıya boyadıb.

Rəşad Əliyev, Bizim.Media
 







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO