Təcridxanadakı qohumuna narkotik vasitə gətirdi, SAXLANILDI  

Təcridxanadakı qohumuna narkotik vasitə gətirdi, SAXLANILDI  

Hazırda oxunan: Təcridxanadakı qohumuna narkotik vasitə gətirdi, SAXLANILDI  

107701

Ədliyyə nazirliyi Penitensiar xidmətinin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 3 saylı İstintaq təcridxanasına narkotik vasitənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Xidmətdən Bizim.Media-ya verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Məcid Nizami oğlu Əliyevə qohumu Bakı şəhər sakini Xosrov İsmayıl oğlu Fərzəliyev tərəfindən gətirilmiş sovqata baxış keçirilib.

Baxış zamanı oradakı gödəkcənin iç cibində gizlədilmiş bükülüdə ümumi çəkisi 0,312 qram narkotik vasitə-marixuana aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO