"Evimin ən dəyərli varlığı həyat yoldaşım Rzadır. Evliliyimiz mənim üçün sevgi ilə deyil, məntiqlə olub".
Bizim.Media xəbər verir ki, bu sözləri Əməkdar artist Nüşabə Ələsgərli "Zaurla Günaydın" səhər şousunda deyib.
Sənətçi bildirib ki, onun anası ikinci dəfə ailə qurmasına qarşı olub:
"Həyat yoldaşım Rza ilə artıq 16 ildir ki, evliyəm. Övladlarımın birinin 9, digərinin 10 yaşı vardı. Rza ilə evlənmək üçün anamın sərhədini keçmək lazım idi. Anam çox zəhmli qadındır. Belə şeylərə çox pis yanaşırdı. Bir sözlə olmaz! Düşündüm ki, məntiqlə düz addım atmışam. Anam bizim evliliyimizə heç vaxt razı olmadı. Evliliyimiz razılıqsız oldu. İllər keçdikcə anam evliliyimizə çox sevindi. Anam yataqda olanda söylədi ki, Rza, balalarımı sənə tapşırıram. Ürəyimin dərinliklərində düşünürdüm ki, bəlkə anam haqlıdır. Bəlkə səhv qərar idi? Amma nə yaxşı ki, bu addımı atmışam. Rza övladlarıma təkcə ata yox, həm də şoferə kimi olub".
Qeyd edək ki, Nüşabə Ələsgərli hazırda fitnes məşqçi Rza Toni ilə evlidir. Bu, N.Ələsgərlinin ikinci evliliyidir. Onun ilk nikahdan Nigar adlı bir qızı və Orxan adlı bir oğlan övladı var.
Rəşad Əliyev, Bizim.Media
- A-
- A
- A+
Şoutaym
11:40 / 03.12.2022
Nüşabə: "Anam Rza ilə evlənməyimizə qarşı idi" - VİDEO
Hazırda oxunan: Nüşabə: "Anam Rza ilə evlənməyimizə qarşı idi" - VİDEO
Hazırda oxunan: Nüşabə: "Anam Rza ilə evlənməyimizə qarşı idi" - VİDEO
107645
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.