Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTO 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTO 

Hazırda oxunan: Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuzda inşa edilmiş körpələr evi-uşaq bağçası istifadəyə verilib - FOTO 

107542

Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov dövlətimizin başçısına məlumat verdi ki, ərazisi 0,4 hektar, ümumi sahəsi 3013 kvadratmetr olan bağçada 32 otaq vardır. Binada 5 qrup otağı, həkim bölməsi, musiqi zalı, yeməkxana, mətbəx, gimnastika, kompüter, metodist və yardımçı otaqlar yaradılıb.

Bizim.Media xəbər verir ki, bina müasir avadanlıqlar, inventar və mebel dəstləri, videomüşahidə, yanğın əleyhinə təhlükəsizlik, eyni zamanda, mərkəzləşdirilmiş istilik sistemləri ilə təchiz olunub. Həyətyanı sahədə abadlıq və yaşıllaşdırma işləri görülüb, müasir işıqlandırma sistemi yaradılıb və uşaqlar üçün 5 ədəd söhbətgah quraşdırılıb.

Prezident İlham Əliyev qrup otaqları, oyun zalı, yeməkxana və həyətyanı sahədə yaradılmış şəraitlə tanış oldu.

*** 

Heydər Əliyev Fondunun təşəbbüsü ilə Oğuz şəhərində inşa edilmiş 100 yerlik körpələr evi-uşaq bağçası dekabrın 2-də istifadəyə verilib.

Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev və Mehriban Əliyeva Şəkiyə səfər ediblər


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO