DÇ-2022: Ronaldo Cənubi Koreya ilə oyunu buraxa bilər

DÇ-2022: Ronaldo Cənubi Koreya ilə oyunu buraxa bilər

Hazırda oxunan: DÇ-2022: Ronaldo Cənubi Koreya ilə oyunu buraxa bilər

107401

Portuqaliya millisinin üzvü Kriştiano Ronaldo DÇ-2022-nin qrup mərhələsinin 3-cü turunda Cənubi Koreya ilə oyunu buraxa bilər. 

Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Fernando Santuş məlumat verib.  

O, 37 yaşlı hücumçunun meydana çıxma şansının 50-50-yə olduğunu bldirib: “Bütün oyunçularıma tam güvənirəm.

Dörd gündən bir oynamaq çətindir, futbolçular yorulurlar.. Bu stressə, stress isə zədələnməyə səbəb olur. Düşünürəm ki, Ronaldo oynasa da, oynamasa da, şanslarımız 50-50-yədir. Görək, necə olacaq. Ronaldonun oynaması onun yaxşı formada olduğunu görüb-görmədiyimizdən asılı olacaq. Ronaldo hazır olmasa, başqa planımız var". 

Qeyd edək ki, sabah keçiriləcək Cənubi Koreya - Portuqaliya matçı Bakı vaxtı ilə saat 19:00-da başlayacaq. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO