“Azərbaycan illərlə ATƏT daxilində konsensusdan sui-istifadəyə məruz qalıb” - XİN 

“Azərbaycan illərlə ATƏT daxilində konsensusdan sui-istifadəyə məruz qalıb” - XİN 

Hazırda oxunan: “Azərbaycan illərlə ATƏT daxilində konsensusdan sui-istifadəyə məruz qalıb” - XİN 

107385

“Konsensus olmadan Ermənistana “ehtiyacların qiymətləndirilməsi missiyası”nın göndərilməsi bütün iştirakçı dövlətlərin kollektiv iradəsi ilə qəbul edilmiş mandatların açıq şəkildə pozulmasıdır”. 

Bizim.Media xəbər verir ki, bunu ATƏT-in Xarici İşlər Nazirləri Şurasının 29-cu iclasında çıxış edən xarici işlər naziri Ceyhun Bayramov bildirib. 

O, qeyd edib ki, konsensusa əsaslanan qərar qəbuletmə prinsipi aydın şəkildə ATƏT bütün əsas qərarlarında əks olunub:

“Azərbaycan illərlə təşkilat daxilində konsensusdan sui-istifadəyə məruz qalıb. Buna baxmayaraq biz hər zaman birgə təhlükəsizliyə riayət edilməsinin tərəfdarı olmuşuq. 

Sədrlik və katiblik də daxil olmaqla ATƏT-in bütün institutları bütün iştirakçı ölkələr üçün ortaq aktiv kimi təsis edilib. Buna uyğun fəaliyyət göstərilməməsi etimadı sarsıdır. Azərbaycan bu institutları öz mandatlarının kobud surətdə pozulmasını düzəltməyə çağırır”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO