Demet Özdemir

Demet Özdemir "Altın Kelebek" üçün BAKIYA GƏLDİ - FOTO/VİDEO 

Hazırda oxunan: Demet Özdemir "Altın Kelebek" üçün BAKIYA GƏLDİ - FOTO/VİDEO 

107381

Türkiyənin parlaq ulduzu, aktrisa Demet Özdemir Azərbaycana gəlib.

Bizim.Media xəbər verir ki, sənətçinin Bakıya gəlməsinin səbəbi ölkəsində siması olduğu nüfüzlu "Altın Kelebek" mükafatlanma mərasimidir.

Ulduzların yer aldığı gecədə xüsusi qonaq qismində iştirak edən Demet səhnəyə çıxaraq ikinci dəfə Bakıya gəldiyinindən qürur duyduğunu söyləyib.

Sevilən aktrisa Azərbaycan xanımlarının gözəl və füsünkar olduğunu dilə gətirib. Mərasimdə Xalq artisti Röya Ayxanın da çıxışı gözlənilir.

Xatırladaq ki, Türkiyənin nüfuzlu “Altın Kelebek” mükafatına layiq görüləcək Azərbaycandan namizədlər aparıcı-aktrisa Turanə Hüseynli, müğənnilər Ayaz Babayev və "İlahi" mahnısı ilə sosial şəbəkələrdə məşhurlaşan "Nazryn"ındir. Onlar gecədə "Azərbaycanın parlayan ulduzu" kateqoriyasında mübarizə aparacaqlar.

Rəşad Əliyev, Bizim.Media
 








© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO