Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsini ziyarət edib - FOTO 

Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsini ziyarət edib - FOTO 

Hazırda oxunan: Özbəkistan müdafiə nazirinin müavini HHQ-nin hərbi hissəsini ziyarət edib - FOTO 

107347

Dekabrın 1-də Azərbaycanın müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov ölkəmizdə səfərdə olan Özbəkistan Respublikası müdafiə nazirinin müavini - Hava Hücumundan Müdafiə və Hərbi Hava Qüvvələri komandanı general-mayor Əhməd Burxanov ilə birgə HHQ-nin N hərbi hissəsini ziyarət edib. 

Bu barədə Bizim.Media-ya Müdafiə Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, burada Özbəkistan nümayəndə heyətinə hərbi hissənin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib. 

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO