Göylərdə süzən Qaraheybət ŞƏHİDİNİN yerdəki SON RƏQSİ – VİDEO 

Göylərdə süzən Qaraheybət ŞƏHİDİNİN yerdəki SON RƏQSİ – VİDEO 

Hazırda oxunan: Göylərdə süzən Qaraheybət ŞƏHİDİNİN yerdəki SON RƏQSİ – VİDEO 

107326

"Noyabrın 30-səhər saat 6 idi. Durub onu işə yola salırdım. Hava soyuq olduğunu görüb dedim ki, “bəlkə getməyəsən". Dedi "Getməyə bilərəmmi, bu mənim işim və borcumdur". Mənə isə gedib yatmağımı tapşırdı. Yatdım və saat 10.40-da yuxudan hövlnak ayıldım. Sanki, kimsə ürəyimi qoparırdı, qan-su içində idim. Ayılıb Allaha şükür elədim ki, yuxu imiş. Amma doğrudan da nəsə olubmuş. Helikopter qəzası da bu dəqiqələrdə baş veribmiş”.

Ömür-gün yoldaşı ilə olan bu son xatirəni Bizim.Media-ya Qaraheybət ŞƏHİDİ Elmir Mircəlil oğlu Həsənovun həyat yoldaşı Günel Həsənova danışıb.

Çəlilabadın Göytəpə şəhərində doğulmuş 34 yaşlı Elmir Mircəlil oğlu Həsənov iki qızı və ömür-gün yoldaşını valideynlərinin ümidinə qoyub köşdü əbədiyyətə.
Günel Həsənova hələ də sarsıntı ilə danışır ki, indi hər şey gözümdən düşüb, Elmirdən sonra heç yaşamaq da istəmirdim:

“Elmirin mənə əmanət qoyub getdiyi 2 qızımıza görə, özümü həyatda qalmağa məcbur etdim, intihar etməkdən daşındım. İndi qızlarımız Nuray və Elay Zirvə liseyində təhsil alırlar. Nuray 6-da, Elay isə 3-də oxuyur. Balaca qızım darıxır, “ata gəlsin” deyir, mən də başa salıram ki, atan bir qəhrəmandır, o bizi görür, biz onunla həmişə fəxr edəcəyik".

Günel Həsənova Elmirlə ilk tanışlığını yada salır:

“Qardaşım həmin Göytəpə şəhərindəki hərbi hissədə əsgər idi. Onu görməydə getmişdik. Elmirgil xalamgilin uzaq qohumudur, xalam məsləhət gördü ki, onlara gedib qalaq. Onunla elə görüşdük, sonra telefonumu alıb dedi ki, şəkilləri göndərəcəyəm. Bakıya gələndə yazdı mənə, əvvəl əsəbləşsəm də sonra yavaş-yavaş ona alışdım və beləcə mənim ürəyimi ovladı. Təhsilimizi başa vurduq, sonra evləndik.

Elmir keçmiş MTN Akademiyasını bitirmişdi, pilot olmaq istəyirdi. Sənədlərini Aviasiya Akademiiyasına verdi. 6 ay kurs keçdi. 11 il idi ki, pilot işləyirdi. Mayor rütbəsinə qədər yüksəlmişdi. Eskadrilya komandiri idi.

Vətən Müharibəsində də iştirak etdi. Qızlarını çox sevirdi, Elayı isə xüsusi düşünürdü, deyirdi o, mənsiz becə qalacaq?”Ürəyinə damdığı başına gəldi, müharibədən sağ çıxdı, amma Qaraheybətdə şəhid oldu”.
Bakıda, 2 ci Fəxri Xiyabanda dəfn edilən şəhid mayor pilot Elmir Həsənovun bu gün dogulduğu Cəlilabad rayonunun Göytəpə şəhərində adına verilmiş küçənin açılışı olub, yaşadığı evin qarşısına barelyefi vurulub. Rayon rəhbərliyi, Göytəpə sərhəd dəstəsinin əməkdaşları, sakinlər və ictimaiyyət nümayəndələri pilot şəhidin xatirəsini hörmətlə yad ediblər.

Günel Elmirin rəqs etməyi çox sevdiyini deyir. Onun 2021-ci il noyabrın 26-da Bakıda bir qohum toyunda sonuncu rəqsinin videgörüntülərini Bizim.Media-ya təqdim edib.

Aytəkin Alxaslı, Bizim.Media
 










© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO