Donald Tramp: “Bayden ABŞ-ı talamaqda Çinə imkan yaradacaq”

Donald Tramp: “Bayden ABŞ-ı talamaqda Çinə imkan yaradacaq”

Hazırda oxunan: Donald Tramp: “Bayden ABŞ-ı talamaqda Çinə imkan yaradacaq”

1070

ABŞ prezidenti Donald Tramp yenidən dövlət başçısı seçiləcəyi halda, Pekinə qarşı tədbir görəcəyinə söz verib.

Bizim.Media xəbər verir ki, Ttramp bu haqda seçicilərlə görüşərkən bildirib: “Biz Çinə qarşı çox şey edəcəyik. Onların bizə etdikləri biabırçılıqdır.”

Tramp  koronavirus pandemiyasında və ABŞ vətəndaşlarının maska rejiminə riayət etməyə məcbur qalmasında Pekini bir daha günahkar hesab edib.  

 Trampdan Çinə münasibətində rəqibi - demokratların namizədi Co Baydendən nə ilə fərqləndiyi sualına cavab olaraq dövlət başçısı Baydenin Pekinə satıldığını və öz oğluna Çin, Ukrayna ilə sərfəli sazişlər bağlamağa kömək etdiyini deyib. O, həm də Baydenin Çini cəzalandırmayacağını və ona ABŞ-ı talan etməyə imkan yaradıcığını bildirib.

Xatırladaq ki, ABŞ prezidenti əvvəllər də Pekini koronavirus infeksiyasını yaymaqda ittiham edib: “Bu Çinin səhvidir. Və Çin ölkəmizə və dünyaya etdiklərinin əvəzini ağır ödəyəcək”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO