Britaniyalı səfir: “Gəncə mənə doğma şəhərdir” – FOTO

Britaniyalı səfir: “Gəncə mənə doğma şəhərdir” – FOTO

Hazırda oxunan: Britaniyalı səfir: “Gəncə mənə doğma şəhərdir” – FOTO

106938

“Gəncə mənə doğma şəhərdir və mən Böyük Britaniyadakı ali təhsil müəssisələri ilə Gəncədə fəaliyyət göstərən universitetlər arasında əməkdaşlıq əlaqələrinin qurulmasına dəstək olmağa hazıram”.

Bu açıqlamanı Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Fergus Auld Gəncə şəhərinə səfəri çərçivəsində Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşü zamanı verib.

Səmimi söhbət şəraitində keçən görüşdə bir sıra məsələlər  müzakirə olunub.

Niyazi Bayramov qeyd edib ki, Prezident İlham Əliyevin tapşırığı ilə Gəncə şəhərində Avropa Yenidənqurma və İnkişaf Bankı tərəfindən dəstəklənən Yaşıl Şəhər Fəaliyyət Planının hazırlanması istiqamətində işlər aparılır.

O, Böyük Britaniyanın "ATKİNS Global" şirkətinin də bu layihəyə dəstək olduğunu vurğulayıb.

Şəhər rəhbəri bildirib ki, "Yaşıl şəhərlər" proqramı çərçivəsində icra olunacaq layihələr Gəncə şəhərinə ən aktual ekoloji problemləri, iqlim dəyişikliyi risklərini müəyyən etmək və prioritetləşdirməkdə kömək edəcək.
Fergus Auld səmimi görüşə görə şəhər rəhbərinə öz minnətdarlığını bildirib. O, səfərinin əsas məqsədinin ikitərəfli əməkdaşlığın genişləndirilməsi olduğunu qeyd edib.  Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Sonda hədiyyələr təqdim olunub və xatirə şəkli çəkdirilib.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO