Cinayət törədən 35 nəfər ötən gün saxlanıldı

Cinayət törədən 35 nəfər ötən gün saxlanıldı

Hazırda oxunan: Cinayət törədən 35 nəfər ötən gün saxlanıldı

106859

Noyabrın 28-də ölkə ərazisində qeydə alınan 38, əvvəlki dövrlərdən bağlı qalan 14 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bizim.Media-ya bildiriblər ki, axtarışda olduğuna görə ümumilikdə 79, o cümlədən borclu şəxs qismində axtarılan 62 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında ölümlə nəticələnən iki yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb.
Narkotiklərlə əlaqəli altı, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı səkkiz fakt müəyyənləşdirilib.

Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO