Moskvada YOLUXUCU XƏSTƏLİKLƏR yayıldı - Dezinfeksiya işləri görülür 

Moskvada YOLUXUCU XƏSTƏLİKLƏR yayıldı - Dezinfeksiya işləri görülür 

Hazırda oxunan: Moskvada YOLUXUCU XƏSTƏLİKLƏR yayıldı - Dezinfeksiya işləri görülür 

106796

Rusiyanın paytaxtı Moskva şəhərində yoluxucu xəstəliklər yayılmağa başlayıb. 

Bizim.Media “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İstehlakçıların hüquqlarının müdafiəsi və vətəndaşların rifahına nəzarət federal xidməti (“Rospotrebnadzor”) məlumat yayıb. 

Bildirilib ki, paytaxt sakinlərindən 11 nəfərdə yoluxucu meningit aşkarlanıb. Daha 15 nəfərdə SARS virusunun əlamətləri müşahidə olunub. 

Virusa yoluxanlar xəstəxanalara yerləşdirilərək karantinə alınıb. 

İdarədən verilən məlumata görə, xəstəlik İstra ərazisində yerləşən OZON anbarının işçilərində aşkarlanıb. Bu səbəbdən müəssisədə epidemiya əleyhinə tədbirlər görülür. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO