Qarabağın inkişaf modeli dörd mərhələdə aparılacaq - Deputat

Qarabağın inkişaf modeli dörd mərhələdə aparılacaq - Deputat

Hazırda oxunan: Qarabağın inkişaf modeli dörd mərhələdə aparılacaq - Deputat

10671

“İşğaldan azad olunan torpaqlarımızın bərpa və yenidən qurması, eyni zamanda həmin ərazilərimizdə yeni iqtisadi inkişaf modelinin formalaşdırılması əsas prioritetlərdəndir. Bu 4 mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə dəymiş ziyanın qiymətləndirilməsi, daha sonra bərpa və yenidənqurma eyni zamanda sosial obyektlərin inkişaf etdirilməsi, sonuncu mərhələdə məskunlaşmanın başa çatdırılması olacaq”.

Bu sözləri Bizim.Media-ya açıqlamasında “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” çərçivəsində növbəti onillikdə ölkənin sosial-iqtisadi inkişafına dair beş Milli Prioritet reallaşdırılması haqqında danışarkən millət vəkili Vüqar Bayramlı deyib.
 

MÖVZU İLƏ BAĞLI:

Qarabağa qayıdış hansı rayondan başlayacaq? – Millət vəkilinin cavabı 


Deputat eyni zamanda işğaldan azad edilən torpaqlarda dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat barəsində də danışıb.

“Nəticə etibarı ilə bu həm də yeni bir modelin formalaşması anlamına gəlir. Bu model rəqabətqabiliyyətli və xüsusən də qeyri neft məhsullarının istehsalını nəzərdə tutur. O cümlədən turizm, kənd təsərrüfatı bu işə əla zəmin formalaşdıracaq".

"Rəqabətqabiliyyətli iqtisadiyyatın formalaşması həm də yeni iş yerlərinin yaradılması baxımdan vacibdir".

"İşğaldan azad olunan ərazilərimizdə həyata keçirəcək bərpa və yenidənqurma işləri həm də kifayət qədər yeni iş yerlərinin yaradılması və məşğulluğun təmin olunmasına imkan yaradacaq”.

İqtisadçı o ərazilərin bərpasının mərhələli şəkildə həyata keçiriləcəyini də vurğulayıb.

“Bu baxımdan yeni yaradılan iqtisadi model fərqli və xüsusi bir model olaraq qiymətləndirilir. Bu modelin digər ərazilərimizə transferi də nəzərdə tutulur. Biz mərhələli şəkildə daha uyğun zamanda həyatın o torpaqlara qayıdacağının müşahidə edə biləcəyik”.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO