İranda etirazlarda daha iki YENİYETMƏ ÖLDÜRÜLDÜ

İranda etirazlarda daha iki YENİYETMƏ ÖLDÜRÜLDÜ

Hazırda oxunan: İranda etirazlarda daha iki YENİYETMƏ ÖLDÜRÜLDÜ

106656

İranda etirazlar zamanı daha iki yeniyetmə öldürülüb. 16 yaşlı yeniyetmələr - Rza Kazimi və Mahək Haşimi hökumət qüvvələrinin açdığı atəş və dəyənək zərbələri nəticəsində dünyalarını dəyişib.

Bizim.Media xəbər verir ki, bu barədə məlumat “Azad İran” teleqram kanalında verilib.

İnsan haqları təşkilatlarının verdiyi məlumata görə, noyabrın 27-i Şiraz və Kamyaran şəhərlərində etirazlar zamanı gülləllənən və döyülən iki yeniyetmə həyatını itirib.

Rza Kazimi noyabrın 21-də etiraz aksiyasında güllə yarası aldıqdan sonra xəstəxanaya köçürülüb. Yarası ağır olan Rza Kazimi ayın 27-də dünyasını dəyişib.

Mahək Haşimi isə noyabrın 25-də Şiraz şəhərində keçirilən etiraz aksiyasına qatıldığına görə döyülüb. Ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilən yeniyetmə qız noyabrın 27-də həyatını itirib.
Qeyd edək ki, İranda etiraz aksiyaları başlayandan bu günə kimi 60-dan çox uşaq hökumət qüvvələri tərəfindən qətlə yetirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO