İsraildən Moskvaya İran raketləri ilə bağlı XƏBƏRDARLIQ

İsraildən Moskvaya İran raketləri ilə bağlı XƏBƏRDARLIQ

Hazırda oxunan: İsraildən Moskvaya İran raketləri ilə bağlı XƏBƏRDARLIQ

106579

İsrailin Mossad xarici kəşfiyyat xidmətinin texnologiya şöbəsinin keçmiş rəhbəri və hazırda İsrail Milli Təhlükəsizlik Şurasının sədri Eyal Xulata Moskvaya xəbərdarlıq edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı İsrailin Kan-11 telekanalı yayıb.

Xəbərdarlıqda deyilir ki, əgər İran raketləri Rusiya-Ukrayna münaqişə zonasında görünərsə, o zaman İsrail Ukraynaya LORA uzaqmənzilli dəqiq idarə olunan ballistik raketlər verəcək.
Hərbi ekspertlərin fikrincə, Ukrayna çoxdan İsraildən bu raketin tədarükü üçün xahiş edib.

430 kilometr mənzilə malik bu raketlər bir-iki metr dəqiqliklə hədəfi vurmaq gücündədir. Bu baxımdan xatırlatmaq lazımdır ki, ikinci Qarabağ müharibəsi zamanı Azərbaycan ordusu Bakı yaxınlığından Laçın rayonu ərazisindəki Həkəri çayı üzərindəki körpüyə  LORA raketini atmışdı.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO